Deputat, nazir müavini, indi də icra başçısı - Dosye


Xəbər verdiyimiz kimi, prezidentin sərəncamı ilə Firdovsi Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.



AFN.az xəbər verir ki, 1961-ci il təvəllüdlü F.Əliyev kənd təsərrüfatı elmləri namizədidir və 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1995–2000-ci illərdə Milli Məclisinin deputatı olub. 2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.

O, 2004-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini təyin edilib. Bu ilin martında həmin vəzifədən azad edilib. Yeni təyinatadək F.Əliyev fəaliyyətini ekologiya və təbii sərvətlər nazirinin müşaviri kimi davam etdirirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu