“Trendyol” sifarişlərinə görə sosial yardım kəsilir? - AÇIQLAMA


Azərbaycanda onlayn alışların ünvanlı sosial yardımların müəyyən olunmasına təsir etdiyi deyilir.


Bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.

Bildirilir ki, onlayn sifarişlərin məbləği əsasında ailənin xərclərinin gəlirlərindən yüksək olduğu müəyyən edilir və bunun əsasında sosial yardımın verilməsi dayandırılır.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili “Ölkə.Az”a açıqlamasında bildirdi ki, onlayn sifarişlər vətəndaşın şəxsi işidir və bunun ölçü meyarı yoxdur: “Ailə gəlir və xərcləri barədə məlumatı özü qeyd edir. Həmçinin şəxs kommersiya fəaliyyəti ilə məşğul olduqda da bunu bəyan etməlidir. Lakin sosial yardımın müəyyən olunmasının şəxsi istifadə üçün onlayn alış-veriş və “Trendyol” ilə əlaqəsi yoxdur. Ümumilikdə, “Trendyol”dan sifarişlərə görə sosial yardımın kəsilməsindən söhbət gedə bilməz ”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu