Qara Qarayev prospektində hərəkət qismən bərpa edilib




Qara Qarayev prospektində ticarət mərkəzində baş verən yanğınla əlaqədar yolda hərəkətə tətbiq edilən məhdudiyyət qismən aradan qaldırılıb.



Belə ki, hərəkət prospektin metronun "Neftçilər" stansiyasından "Xalqlar dostluğu" stansiyası istiqamətində olan hissəsində bərpa edilib. Hazırda nəqliyyat vasitələri prospektin bu hissəsindən ikitərəfli olmaqla istifadə edir. Məhdudiyyətlə əlaqədar alternativ küçələrə yönləndirilən müntəzəm marşrut xətləri də artıq Qara Qarayev prospektindən keçməklə hərəkət edirlər.
Bu səbəbdən də yolda sıxlığın yaranmaması və müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının tıxacda qalmaması üçün qeyd edilən istiqamətdə şəxsi nəqliyyat vasitələrindən az istifadə etmək tövsiyə edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu