Akademiklər seçicilərə səsləndi: “Elinə və Elminə güvənən fəxrimizə səs verək”




84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov regionlarda keçirdiyi intensiv görüşlərin davamı kimi Bakının Sabunçu rayonunda - Bakıxanov və Zabrat qəsəbələrində məskunlaşan seçicilərlə görüşüb. Deputatlığa namizəd Zabrat qəsəbəsində inzibati binada məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə yaxından tanış olub.



Seçicilərə fəaliyyət planı haqqında ətraflı məlumat verən Vüqar Bayramov platformasında məcburi köçkünlərin sosial-iqtisadi vəziyyəti ilə bağlı məsələlərin prioritet təşkil etdiyini vurğulayıb: “Fəaliyyət planımın əsasını məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş tədbirlər təşkil edir. Qeyd edim ki, namizədliyimi verməmişdən öncə bütövlükdə ölkəmizin sosial-iqtisadi vəziyyətinin inkişafı istiqamətində təkliflər hazırlayaraq müvafiq qurumlara təqdim etmişəm və təkliflərimin bir çoxu qəbul olunub. Seçkilərdə aktivlik nümayiş etdirib layiqli namizədə səs verməklə, siz də yeni dönəmin islahatlarına öz töhfənizi vermiş olacaqsınız.”

Vüqar Bayramovun vəkilləri, akademiklər Hətəm Quliyev və Akif Musayev də seçiciləri seçkilərdə aktiv iştirak etməyə səsləyib: “Biz füzulililər Vüqar Bayramov kimi ziyalı, analitik təfəkkürə sahib namizədimiz olduğu üçün özümüzü şanslı hesab etməliyik. Vüqar Bayramovun fəaliyyət planı yalnız Füzulimizin deyil, bütövlükdə ölkəməzin sosial-iqtisadi rifahının daha da güclənməsi istiqamətindədir. İnanırıq ki, Elinə və Elminə güvənən fəxrimizə səs verərək bu şansı doğru dəyərləndirəcəksiniz.”

Görüşün sonunda Vüqar Bayramov seçiciləri dinləyib, onların qayğıları ilə yaxından maraqlanıb.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu