Azərbaycanlıları qəzəbləndirən "Recep İvedik 5"ə ikinci şok- VİDEO



"Filmdəki görüntülərin ya qaydalara uyğunlaşdırılmalı, ya da çıxarılmalıdır"

Azərbaycanla bağlı qalmaqallı səhnəsi ilə gündəmə gələn, sonradan mübahisəyə səbəb olan səhnəni filmdən çıxaran Şahan Gökbaharın başı yenidən dərddədir. İstiPress-in məlumatına görə, azərbaycanlı boksçu səhnəsi ilə bağlı qalmaqal hələ tam bitməmiş "Recep İvedik 5"ə görə ikinci narazılıq gəlib. Bu dəfə Türkiyənin Güləş Federasiyası narazı qalıb. Federasiya bəzi güləş səhnələri ilə bağlı qınama yazısı yayıb. Məqalədə belə deyilir:

"Minlərcə illik tariximizdən günümüzə qədər gəlib çatan, əcdadlarımızın idmanı olan güləş hər zaman bu millətin qüruru olub. Dünyaya səs salan türk pəhləvanları çoxu ölkənin xəyalını belə qura bilmədiyi medallar, kubokları qazandırıb, dünyanın hər yerində İstiqlal Marşımızı çaldırıb, ay-ulduzlu bayrağımızı dalğalandırıblar. Bizim saysız pəhləvanlarımızın zəfərini anlatmağa ömrümüz boyu film çəksək yenə də yetməz.

Tarixlər boyu anladılacaq bu dastanın izləri olan bir zamanda "Rəcəb İvedik 5" adlı filmin anonsunda bu rolu ifa edən şəxsin döşəkcədə rəqibinə qarşı etdiyi hərəkətlərin güləş ilə uzaqdan-yaxından heç bir əlaqəsi olmadığını bəyan etmək istəyirik".

Federasiya qeyd edib ki, filmdə güləş əxlaq normalarından uzaq idman növü kimi göstərilib, güləş və güləşçilər haqqında mənfi rəy formalaşdırılıb, onların haqqları zədələnib. "Heç kimin belə haqqa sahib olmadığını xatırladırıq. Filminizdə yayımlanacaq olan güləş ilə bağlı səhnələrin idman qaydalarına uyğunlaşdırılması və ya yayımlanmamasını istəyirik. Əks halda hüquqi yollara müraciət edəcəyik".

Qeyd edək ki, filmin treylerində "Recep İvedik" azərbaycanlı idmançını bir zərbə ilə nokauta salır. Bu səhnə birmənalı qarşılanmayıb. Kəskin tənqidlərlə üzləşən Şahan Gökbahar videomüraciət yayaraq sosial şəbəkədə filmdən azərbaycanlı idmançı ilə boks səhnəsinin çıxarıldığını və yayımlanmayacağını bildirib. O Azərbaycanı qardaş ölkə kimi gördüyünü və ona qarşı yanlışlıq etməyəcəyini qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45