Poroşenko rusiyalı jurnalistləri pərt etdi
Ukrayna prezidenti Pyotr Poroşenko Helsinkiyə səfəri zamanı rusiyalı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.
“İnterfaks-Ukraina”nın yaydığı məlumata görə, Poroşenko Donbas azad olunmayınca Rusiya mətbuatına açıqlama verməyəcəyini deyib.
“Ukraynalıları öldürməyə son qoyun və ərazimizi azad edin”, - deyə Poroşenko Rusiyaya səslənib.
Xatırladaq ki, Poroşenko bundan öncə də rusiyalı jurnalistlərə müsahibə verməkdən imtina etmişdi. (azvision)