"Ermənistan davamlı olaraq təxribata əl atır"- Əli Həsənov

Xəbərin çap versiyası
Tarix: 19-06-2017, 14:58    |    Xəbər oxunub: 698 dəfə
"Ermənistan davamlı olaraq təxribata əl atır"-


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi aydındır. Bu mövqe dünya ictimaiyyətinə, həmçinin BMT Təhlükəsizlik Şurasına, ATƏT-ə, Avropa Parlamentinə, Avropa Şurasına və bu məsələ ilə məşğul olan digər qurumlara çatdırılıb. Ölkəmizin mövqeyi bundan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, qaçqınlar və məcburi köçkünlər öz yurd-yuvalarına qaytarılmalıdır, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn normalarına əməl olunmalıdır.

Bu fikirləri iyunun 19-da jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov bildirib.

Əli Həsənov deyib: “Əlbəttə, biz ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin və beynəlxalq təşkilatların bu məsələ ilə bağlı fərqli mövqelərini anlayırıq. Ancaq əsas məsələ beynəlxalq hüququn pozulmaz prinsipi olan ərazi bütövlüyü məsələsidir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan öz torpaqlarının bir qarışını belə heç kimə güzəştə getməyəcək. Amma biz, eyni zamanda, konstruktiv sülhə nail olmağa hazırıq”.

Prezidentin köməkçisi vurğulayıb ki, həmsədrlərin Azərbaycana səfərləri vəziyyətin aydınlaşdırılmasına, tərəflərin mövqelərinin bir daha araşdırılmasına və bu mövqelərin yaxınlaşdırılması fonunda münaqişənin həlli ilə bağlı irəliləyişə nail olunmasına xidmət edir. Hesab edirik ki, istər ikitərəfli formatda, istər həmsədrlərin iştirakı ilə keçirilən görüşlər, istərsə də dövlət başçılarının, xarici işlər nazirlərinin görüşlərinin əksəriyyəti ortaq mövqelərin tapılmasına xidmət edir və bu mövqelər gec-tez tapılacaq. Əks təqdirdə, Dağlıq Qarabağın və işğal altında olan digər torpaqların Azərbaycan Ordusu tərəfindən azad olunması faktı qaçılmazdır.

Əli Həsənov qeyd edib ki, Ermənistanın təcavüzkar siyasəti həmişə davam edib. Onlar indiyə qədər bu siyasətə heç zaman ara verməyiblər. Sadəcə olaraq, müəyyən məqamlarda bir qədər geri çəkiliblər, öz mövqelərini gizlətməyə, beynəlxalq ictimaiyyəti aldatmağa çalışıblar. Bütövlükdə biz 1990-cı illərdən başlayaraq bu günə qədər bir dəfə də ermənilərin bu məsələdə təxribatsız ötüşdüyünün şahidi olmamışıq. Onlar davamlı olaraq təxribata əl atırlar. Xüsusən də beynəlxalq səviyyədə danışıqların intensivləşdiyi, status-kvonun aradan qaldırılması ilə bağlı beynəlxalq aləmdə səylərin artdığı zamanda belə təxribatlara əl atırlar, cəbhə bölgəsində qarşıdurmanı gücləndirməyə və beynəlxalq aləmdə antiazərbaycan mövqelərini bu fonda gizlətməyə çalışırlar. Digər tərəfdən də ölkə daxilində əhalinin Ermənistan hakimiyyətinə, iradəsiz rejimə olan narazılığını ört-basdır etməyə çalışırlar. Ona görə də biz bu təxribatları da əvvəlki təxribatlar kimi Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi kimi dəyərləndiririk.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Almaniyada müsəlmanlar üçün əlavə tətil günü yaradıla bilər

Almaniyada müsəlmanlar üçün əlavə tətil günü yaradıla bilər

9 ayda 554 nəfər yol qəzasında ölüb

9 ayda 554 nəfər yol qəzasında ölüb

Sarayda 35 yaşlı qadın başından güllələnərək qətlə yetirilib

Sarayda 35 yaşlı qadın başından güllələnərək qətlə yetirilib

İlham Əliyev Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib

İlham Əliyev Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib

Aİ Azərbaycanla birgə insan alverinə qarşı mübaribə aparır

Aİ Azərbaycanla birgə insan alverinə qarşı mübaribə aparır

Atəşkəs yenə pozuldu:

Atəşkəs yenə pozuldu: 122 dəfə

Nazir şöbə müdirinə

Nazir şöbə müdirinə "ərizəni yaz, işdən çıx" deyib?- İDDİA

Nəsimidə evyıxma:

Nəsimidə evyıxma: sakinlərin elementar istəyi də nəzərə alınmır-VİDEO

Bu gün Azərbaycanda Müstəqillik Günüdür

Bu gün Azərbaycanda Müstəqillik Günüdür

Barselonanı etiraz aksiyaları bürüdü

Barselonanı etiraz aksiyaları bürüdü

BMT rəsmisi Sarkisyanın dediklərini yalanladı

BMT rəsmisi Sarkisyanın dediklərini yalanladı

Deputatların toxunulmazlığı ləğv edilir-

Deputatların toxunulmazlığı ləğv edilir- Ukraynada

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur