Bayden: İndi Birləşmiş Ştatların qaranlıq vaxtlarıdır


ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden Delaverdən Vaşinqtona getməzdən əvvəl emosional nitqlə çıxış edib.



Bu barədə “RİA Novosti xəbər verib.

O, bildirib ki, qaranlıq vaxtlara baxmayaraq, işıq həmişə var.

"Mən bilirəm ki, indi qaranlıq vaxtlardır, amma işıq həmişə var. Bu dövləti bu qədər xüsusi edən budur”, - Bayden deyib.

Bayden bildirib ki, onun üçün növbəti prezident olmaq şərəfdir. "Vaşinqtona mənim səyahətim buradan başlandı", - ABŞ-ın yeni rəhbəri əlavə edib.

Bayden çıxışından sonra təyyarə ilə Vaşinqton ətrafındakı Endryus bazasına yola düşəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu