Bayden: Əgər İsrail olmasaydı, biz onu icad etməli olardıq


Təl-Əvivdə çıxış edən ABŞ prezidenti Co Bayden maraqlı açıqlamalar verib.


"İsrailə bir mesajla gəldim: sən tək deyilsən. Bilirəm ki, HƏMAS-ın hücumu israillilər arasında dərin yara yaradıb. Bu hücumun heç bir əsası və bəhanəsi yoxdur" - deyə Bayden İsraildəki təmaslarından sonra təşkil edilən mətbuat konfransında danışıb.

İsrail dövlətinin dünyada yəhudi xalqı üçün təhlükəsiz bir yer olaraq qurulduğunu söyləyən Bayden, "Bu dövlət bu səbəbdən quruldu, İsrail olmasaydı, biz onu icad etməliydik" - deyə əlavə edib.

İsrailin yenidən yəhudilər üçün təhlükəsiz yerə çevrilməsi lazım olduğunu söyləyən ABŞ prezidenti qeyd edib ki, bunun baş verməsi üçün hər şey edəcək.

ABŞ prezidenti Harri Trumanın 75 il əvvəl, qurulmasından 11 dəqiqə sonra İsraili tanıyan ilk dövlət olduğunu bildirən Bayden, "O zaman da onların tərəfində olduğumuzu göstərmişdik, indi də göstərəcəyik" - deyə əlavə edib: "Biz İsrail və Fələstin xalqlarının birlikdə yaşaya bilməsi üçün bir yol gedirik. Bu səbəbdən iki dövlətli həlldən danışırıq. Biz onların qonşuları ilə yaşaya bilmələri üçün səy göstərməyə davam etməliyik. Mənim məqsədim budur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu