Böyük Britaniyada parlamentə rekord sayda müsəlman seçilib


İngiltərədə iyulun 4-də keçirilən ümumi seçkilər nəticəsində parlamentin aşağı palatası olan İcmalar Palatasına 25 deputatla rekord sayda müsəlman seçilib.



2019-cu ildə keçirilən ümumi seçkilərdə 19, 2017-ci il seçkilərində isə 15 müsəlman namizəd parlamentə təmsil olunmaq hüququ qazandığı halda, 4 iyul seçkiləri nəticəsində parlamentə daxil olan müsəlman namizədlərin sayı 25 olub.

Təxminən 3,5 milyon müsəlmanın yaşadığı ölkədə 8 müsəlman millət vəkili ilk dəfə parlamentdə təmsil olunacaq.

Müsəlman deputatlardan 18-i İşçi Partiyasından, 2-si Mühafizəkarlar Partiyasından və 1-i Liberal Demokrat Partiyasından, 4 namizəd isə müstəqil olaraq İcmalar Palatasına seçilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu