Boris Conson namizədliyini yenidən irəli sürür


Böyük Britaniyanın keçmiş baş naziri və Konservatorlar Partiyasının deputatı Boris Conson ölkədə keçiriləcək növbəti parlament seçkilərində iştirak edəcək.


AFN.az xəbər verir ki, bu barədə “The Guardian” B.Consona yaxın mənbəyə istinadən məlumat yayıb.
Conson 2024-cü ildə keçiriləcəyi gözlənilən növbəti parlament seçkilərində Aksbric və Şimali Raslipdə Konservatorlar Partiyasından namizəd olacaq.
Qeyd edək ki, istefasından sonra deputat səlahiyyətlərini həyata keçirən keçmiş hökumət başçısı 2015-ci ildə bu dairədən parlamentə seçilib. 2017 və 2019-cu illərdə baş nazir postunu tutduğu dönəmdə yenidən seçkilərin qalibi olub.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu