Asif Əli Zərdari ikinci dəfə Pakistan prezidenti seçilib

Pakistan Milli Assambleyası, Pakistan Senatı və 4 əyalət məclisində keçirilən səsvermədə Pakistan Xalq Partiyası (PPP) və Pakistan Müsəlman Liqası-Nəvaz Partiyasının (PML-N) birgə namizədi Asif Əli Zərdari yenidən prezident seçilib.
“The News International”ın məlumatına görə, prezident seçkiləri fevralın 8-də keçirilən milli və ştat məclislərinə seçkilərdən sonra keçirilib.
Seçkidə Pakistan Xalq Partiyası (PPP) və Pakistan Müsəlman Liqası-Nəvaz Partiyasının ortaq namizədi, 2008-2013-cü illərdə prezident olmuş Asif Əli Zərdari qeyri-rəsmi nəticələrə görə ikinci dəfə prezident seçilib.