"Bloomberg": Türkiyə BRICS-ə üzv olmaq üçün müraciət edib
Türkiyə hakimiyyəti BRİKS-ə üzv olmaq üçün müraciət edib.
AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Agentlik qeyd edir ki, bu yolla Türkiyə dünyada nüfuzunu gücləndirməyə və inkişaf etməkdə olan ölkələrlə əlaqələri genişləndirməyə çalışır. "Bloomberg"in məlumatına görə, assosiasiyanın genişləndirilməsi məsələsinə oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS-in qarşıdan gələn sammitində baxıla bilər.