Putin İran prezidentini BRİKS sammitinə dəvət edib


İranın Moskvadakı səfiri Kazem Cəlali Rusiya prezidenti Vladimir Putinin iranlı həmkarı Məsud Pezeşkiana BRİKS sammitində iştirak etmək üçün rəsmi dəvət aldığını bildirib.


AFN.az xəbər verir ki, bu barədə "Mehr" Ahentliyi məlumat yayıb.

BRİKS sammiti oktyabrın 22-dən 24-dək Rusiya Federasiyasının Kazan şəhərində keçiriləcək.

Səfir bildirib ki, BRİKS sammiti çərçivəsində İran və Rusiya arasında hərtərəfli uzunmüddətli əməkdaşlıq sazişi imzalanması ehtimalı var. Cəlalinin sözlərinə görə, Rusiya prezidenti telefon danışığı zamanı İran prezidenti Məsud Pezeşkianı prezident seçilməsi münasibətilə təbrik edib və onu BRİKS sammitində iştiraka dəvət edib.

Cəlali İranın BRİKS qrupuna üzvlüyünün diplomatik aparatın uğurlarından biri olduğunu qeyd edərək, deyib ki, Rusiya bu qrup çərçivəsində 2024-cü il üçün bir çox fəaliyyət müəyyən edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu