Malayziya BRİKS-ə tərəfdaş ölkə kimi qoşulmaq niyyətindədir


Malayziya BRİKS-ə tərəfdaş ölkə kimi qoşulmaqda qərarlıdır.


AFN.az xəbər verir ki, bunu Malayziyanın Rusiya Federasiyasındakı səfiri Çeonq Lun Lai TASS-a bildirib.

“Malayziya BRİKS-ə yeni tərəfdaş ölkə kimi qoşulmağa sadiqdir”, - deyən diplomat Kuala Lumpur və Moskva arasında ikitərəfli əlaqələrin güclü və sabit qaldığını vurğulayıb.

Ölkənin baş naziri Ənvər İbrahim də bir neçə gün əvvəl bildirib ki, Malayziya assosiasiya üzvləri ilə yaxşı münasibətlər sayəsində birliyə qoşulmazdan əvvəl BRİKS-in tərəfdaş ölkəsi statusunu almağı gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu