KİV: Malayziya Çindən BRİKS-ə üzv olmaq üçün dəstək istəyib
Malayziya Çindən BRIKS-ə müraciət prosesində ona dəstək verməsini xahiş edib.
Bu barədə öz mənbələrinə istinadən "Nikkei Asia" məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, bu mövzunu Malayziyanın baş naziri Ənvər İbrahim Kuala-Lumpurda Çinin baş naziri Li Çianqla görüşü zamanı qaldırıb.
Malayziyanın baş naziri bildirib ki, ölkəsi tezliklə BRİKS-ə qoşulmaq üçün rəsmi prosesə başlayacaq. Xarici İşlər Nazirliyinin rəhbəri Məhəmməd Həsən də Malayziyanın qrupa qoşulmağa hazır olduğunu bildirib və qeyd edib ki, bu, ölkəyə dünya miqyasında müxtəlif məsələləri daha effektiv həll etməyə və milli maraqları müdafiə etməyə imkan verəcək.