Malayziya tezliklə BRİKS-ə qoşulma prosesinə başlayacaq
Malayziya tezliklə BRİKS-ə qoşulmaq üçün rəsmi prosesə başlayacaq.
Bunu ölkənin baş naziri Ənvər İbrahim bildirib. "Biz bu məsələ ilə bağlı qərar qəbul etmişik. Tezliklə rəsmi prosedurlardan keçməyə başlayacağıq. İndi yekun nəticələri və Cənubi Afrika hökumətindən cavab gözləyirik" - deyə o, Çinin "Guancha" portalına müsahibəsində bildirib. “Mən Braziliya prezidenti ilə BRIKS-in genişlənmə siyasəti üzərində işləyirəm”, - deyə İbrahim əlavə edib.
BRIKS qrupu 2006-cı ildə yaradılıb, 2011-ci ildə Cənubi Afrika orijinal tərkibə (Braziliya, Rusiya, Hindistan və Çin) qoşulub. İran, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya 2024-cü il yanvarın 1-dən BRİKS-in tamhüquqlu üzvü olub. Rusiyanın Çindəki səfiri İqor Morqulovun iyunun 6-da verdiyi məlumata görə, dünyanın 30-a yaxın ölkəsi BRİKS-ə qoşulmaq arzusunu bildirib.