Hizbullah peycer və radio partlayışlarından sonra ilk dəfə İsraili hədəf aldığını açıqlayıb
İsrailin Livanın cənubundakı qəsəbələri bombalamasına cavab olaraq İsrail ordusunun 4 hərbi mövqeyi çoxsaylı raket və artilleriya atəşi ilə hədəfə alınıb.
Bu barədə Hizbullah açıqlama yayıb.
Açıqlamada hücumların Livanda iki gün ardıcıl olaraq peycer və radioların partlamasına görə məsuliyyət daşıyan İsrailə qarşı ilk hücum olduğu qeyd edilib.
İsrail ordusu da Livanın cənubundakı Hizbullah hədəflərini vurduğunu açıqlayıb.
Ordunun açıqlamasında İsrail döyüş təyyarələrinin Livanın cənubundakı Hizbullahın raket sistemlərini, binalarını və infrastrukturunu hədəf aldığı bildirilib.
Açıqlamada Livanın cənubundan Kiryat Şmona qəsəbəsinə 25 raket atıldığı və itkilərin olmadığı qeyd edilib.
İsrailin “Yediot Ahronot” qəzetindəki xəbərdə Livandan atılan raketlər nəticəsində Kiryat Şmona qəsəbəsində bir neçə yerdə yanğının başladığı bildirilib.
Mənbə: AA