Hizbullah: İsrailin şimalındakı bazanı hədəf aldıq


Livandakı Hizbullah Hərəkatı İsrailin şimalındakı hərbi bazanı hədəf aldığını açıqlayıb.



Hizbullah tərəfindən verilən açıqlamada İsrailin Şimal Komandanlığının Birya kazarmasındakı raket və hava hücumundan müdafiə əsas bazasının katyuşa raketi ilə hədəf alındığı qeyd edilib.

Açıqlamada bazanın İsrailin Livanın cənubundakı Nəbatiyə və Səhmar qəsəbələrinə hücumuna cavab olaraq hədəf alındığı bildirilib.

İsrail ordusundan verilən açıqlamada Livandan İsrailin şimalındakı Qaliley bölgəsinə 40 raket atıldığı açıqlanıb.

Açıqlamada İsrailin şimalını hədəf alan raketlərin bir hissəsinin Dəmir Qübbə hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyi bildirilib və hücumun Livanın cənubunda bir Hizbullah üzvünün öldürülməsindən sonra həyata keçirildiyi vurğulanıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu