Aİ İsraildən UNIFIL hücumları ilə bağlı açıqlama gözləyir


Avropa Birliyi (AB) İsrailin Livanın cənubunda Birləşmiş Millətlər Təşkilatının (BMT) Sülh Qüvvələrinə qarşı hücumlarından ciddi şəkildə narahat olduğunu bildirib və İsrail səlahiyyətlilərindən təcili açıqlama və hərtərəfli araşdırma gözlədiyini açıqlayıb.



Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Yaxın Şərq və Ukraynadakı hadisələri müzakirə etmək üçün Lüksemburqda bir araya gəlib.

Görüşün əvvəlində nazirlər İsrailin BMT-nin Livan Müvəqqəti Sülh Qüvvələrinə (UNIFIL) hücumları ilə bağlı birgə bəyanatla çıxış ediblər.

İclasa sədrlik edən Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell tərəfindən paylaşılan yazılı açıqlamada bu ifadələr yer alıb: "Aİ BMT missiyalarına qarşı edilən bütün hücumları pisləyir. Xüsusilə də İsrail ordusunun Livanda UNIFIL-ə qarşı hücumları ilə bağlı ciddi narahatlıqlarını ifadə edir”.

Hücumun dolayısı ilə pisləndiyi bəyanatda belə bir çağırış edilib: “Cənubi Livanın sabitliyində fundamental rol oynayan UNIFIL-ə qarşı hücumlarla bağlı İsrail səlahiyyətlilərindən təcili açıqlama və hərtərəfli araşdırma gözləyirik”.

Bəyanatda həmçinin qeyd olunub ki, Hizbullahın İsrailə raket hücumları ilə bağlı da dərin narahatlıq var.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu