BMT: Livanda 200 mindən çox insan məcburi köçkün vəziyyətindədir


Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi İsrailin hücumları nəticəsində Livanda 200 mindən çox insanın məcburi köçkün vəziyyətinə düşdüyünü açıqlayıb.


Qrandi X-də İsrailin Livana hücumları haqqında yazı paylaşıb.

Livanda yaşayan 50 mindən çox livanlı və suriyalının İsrailin hava hücumlarından qaçaraq Suriyaya keçdiyini bildirən Qrandi, ehtiyacı olan hər kəsə çatmaq üçün yardım əməliyyatlarının hər iki hökumətlə koordinasiyalı şəkildə davam etdiyini deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu