İsrail ordusu gecə ərzində onlarla Hizbullah hədəfini vurub


İsrail Hərbi Hava Qüvvələri gecə saatlarında Livanda şiə Hizbullah hərəkatının hədəflərinə zərbələr endirməyə davam edib.


Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. "Bir gecədə onlarla hədəfə hücum edilib və Cənubi Livanın bir çox bölgələrinə zərbələr endirilib" - deyə məlumatda qeyd edilir.

Açıqlamaya görə, hücumlardan birinin hədəfi sentyabrın 23-də axşam İsrailin şimalındakı İzreel vadisi istiqamətində raket hücumu həyata keçirən silahlı Hizbullah dəstəsi olub.

Bundan əlavə, İsrail artilleriyası Ayt əş-Şaab və Ramiyə yaşayış məntəqələri yaxınlığında Hizbullahın bir sıra hədəflərini atəşə tutub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu