İsrail Hizbullahın Nəbatiyyədəki silah anbarına zərbələr endirdiyini açıqlayıb


İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Nəbatiyyə bölgəsində şiə Hizbullah hərəkatının silah anbarına hücum edib.


Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, İsrail artilleriyası Livanın cənubundakı bir neçə bölgədə təhdidləri aradan qaldırmaq üçün zərbələr endirib.

Bundan əlavə, avqustun 16-da İsrail Hərbi Hava Qüvvələri Livan ərazisinin cənubundakı Hanin və Marun ər-Ras yaşayış məntəqələri ərazilərində Hizbullahın hərbi obyektlərinə zərbələr endirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu