Qəzzada Mülki Müdafiə Birliyi: 8 mindən çox fələstinli itkin düşüb


Qəzzadakı Mülki Müdafiə Bölməsi 8 mindən çox fələstinlinin itkin düşdüyünü açıqlayıb.


Mülki Müdafiə Birliyinin sözçüsü Mahmud Qəzza zolağındak münaqişənin nəticələri ilə bağlı məlumat verib.

Mərkəzlərinin bir çoxunun İsrailin hücumları səbəbiylə xidmətdən çıxdığını ifadə edən Basal, işçilərinin də birbaşa və ya dolayısı ilə hədəf alındığını bildirib.

Bölmə işçilərinin Qəzzada bir çox nöqtəyə çatmasının İsrail qüvvələri tərəfindən qarşısının alındığını bildirən Basal, işçilərdən 5-nin naməlum bir yerə aparıldığını qeyd edib.

Qəzzada 8 mindən çox fələstinlinin itkin düşdüyünü bildirən Basal, hücumlarda yaralananların əksəriyyətinin Qəzzadan kənarda müalicəyə ehtiyacı olduğunu qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu