ABŞ: Biz İsrailin mülki insanları qəsdən öldürdüyünə dair heç bir dəlil görmədik


ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Qəzzada öldürülən mülki şəxslərlə bağlı açqlamasnda bildirib ki, İsrailin mülki insanları qəsdən öldürdüyünə dair dəlil yoxdur.


ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Qəzzadakı hadisələrlə bağlı jurnalistlərə açıqlamasnda qeyd edib ki, ABŞ hələ də bu əməliyyat nəticəsində mülki itkilər gözləyir: "Təəssüf ki, bu, bütün müharibələr üçün belədir".

Miller həyatını itirən jurnalistlərlə bağlı deyib: "Bu qədər jurnalistin ölməsi faciədir. Necə ki, bu qədər mülki vətəndaş öldü". İsrailin jurnalistləri qəsdən hədəf almadığını deyən Miller, Qəzzada həyatını itirən AA operatoru Muntasir əs-Səvvaf üçün başsağlığı verib.

Miller Qəzzaya daha çox yanacağın girməsi üçün İsrail hökuməti ilə danışıqların davam etdiyini bildirib. "Mindən çox Amerika vətəndaşı, qanuni daimi sakinlər və onların ailə üzvləri Qəzzanı tərk edib, 750 adam hələ də oradadır" - deyə yetkili qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu