İsveçin NATO-ya daxil olması Türkiyənin F-16-ları almasını asanlaşdıracaq - Metyu Miller


Dövlət Departamenti Türkiyəyə F-16 təyyarələrinin satışına etiraz etmir, lakin xatırladır ki, Konqres bu məsələni Ankaranın İsveçin NATO-ya daxil olmasını təsdiqləməsi ilə əlaqələndirir.



Bu sözləri Amerikanın xarici siyasət idarəsinin sözçüsü Metyu Miller deyib.

“Biz də öz tərəfimizdən F-16-ların Türkiyəyə satışını dəstəkləyirik. Lakin Konqresdə elə insanlar var ki, satışın yalnız Türkiyənin İsveçin NATO-ya daxil olmasını təsdiqləməsi ilə mümkün olacağına qərar verib”, - deyə o, brifinqdə bildirib.

"Və biz Türkiyəni bunu mümkün qədər tez etməyə çağırırıq" deyə Miller vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu