ABŞ senatorları Macarıstanı İsveçin NATO-ya daxil olmasını təsdiqləməyə çağırıblar


ABŞ senatorları Macarıstanı İsveçin NATO-ya qəbul protokolunu dərhal ratifikasiya etməyə çağırıblar.



ABŞ Senatının NATO Müşahidə Qrupunun həmsədrləri, demokrat senator Jeanne Shaheen və respublikaçı senator Tom Tillis İsveçin NATO-ya qəbul protokolu ilə bağlı birgə bəyanatla çıxış ediblər.

Senatorlar birgə bəyanatlarında qeyd ediblər ki, İsveç həm bugünkü çağırışların, həm də sabahın təhlükələrinin öhdəsindən gəlmək üçün NATO-ya unikal imkanlar qazandıracaq.

Bu kontekstdə senatorlar Macarıstanın baş naziri Viktor Orbanı İsveçin NATO-ya qəbul protokolunu dərhal təsdiq etməyə çağırıb və deyiblər: “Daha əvvəl ictimaiyyət qarşısında götürdüyü çoxsaylı öhdəliklərə baxmayaraq, Macarıstan İsveçin təklifini təsdiqləməyən sonuncu NATO üzvüdür. həm vaxt, həm də səbr tükənir”.

Senatorlar Macarıstanın hərəkətsizliyinin ABŞ və NATO ilə münasibətlərinə dönməz şəkildə zərər vurması riskini irəli sürüblər.

NATO-nun yeni üzvün qəbulu ilə daha da güclənəcəyini bildirən senatorlar, “Macarıstanın transatlantik ailəyə bağlılığını davam etdirməsinin, İsveçin isə üzvlük protokollarına dərhal səs verməsinin vaxtı çatıb” deyə vurğulayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu