ABŞ Ərdoğanın İsveç qərarını imzalamasından məmnundur - Blinken
ABŞ dövlət katibi Antoni Blinken, prezident Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzvlük protokolu ilə bağlı Prezident fərmanını imzalayaraq müvafiq protokolu təsdiqləməsini alqışladıqlarını bildirib.
Blinken X sosial media hesabından verdiyi açıqlamada, "Türkiyə prezidenti Ərdoğanın İsveçin NATO-ya qəbul protokolunu təsdiq etməsini alqışlayırıq" sözlərini yazıb.
İsveçin iştirakı ilə bağlı sənədlərin Vaşinqtona çatmasını və İsveçin NATO-nun 32-ci üzvü olmasını səbirsizliklə gözlədiklərini qeyd edən Blinken, İsveç və Alyansın birlikdə daha güclü olacağını vurğulayıb.