Stoltenberq Ərdoğanın İsveç üçün protokolun davam etdirilməsini təsdiqlədiyini açıqlayıb


NATO-nun baş katibi Yens Stoltenberq Litvada keçirilən Üçtərəfli İsveç Sammitindən sonra açıqlama verib.


AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan protokolun İsveç üçün davam etdirilməsini təsdiqləyib.

Stoltenberqin çıxışından diqqət çəkən digər məqamları təqdim edirik:

-Ərdoğan qərarı İsveçin təsdiqi üçün parlamentə çıxaracaq.

- Cənab Ərdoğan İsveçin üzvlüyünün təsdiqi ilə bağlı qərarını verib.

-Biz ilk dəfə Terrorla Mübarizə üzrə Xüsusi Koordinator təyin edəcəyik.

- İsveçin NATO-ya üzvlüyü tarixi bir addım olacaq

- Terrora qarşı necə birgə işləmək barədə razılığa gəlinib.

- Bu, həm Türkiyə, həm də bütün NATO ittifaqı üçün vacibdir.

-Türkiyənin təsdiqləmə prosesi ilə bağlı ətraflı məlumat verə bilmərəm.

Əminliklə deyə bilərəm ki, prezident Ərdoğan təsdiq prosesini ən qısa zamanda həyata keçirəcək.

İsveç Türkiyənin Aİ-yə üzvlük prosesini və viza rejiminin liberallaşdırılmasını dəstəkləyəcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu