Ərdoğan Baydenlə telefonla danışıb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Bayden ilə telefon danışığı aparıb.


Görüşdə Ukraynanın NATO-dakı mövqeyi, İsveçin NATO-ya üzvlüyü, F-16-ların təhvil verilməsi və Türkiyənin Avropa Birliyinə (AB) tam üzvlük prosesi müzakirə edilib.

Liderlər Vilnüsdə üz-üzə görüşmək və Türkiyə-ABŞ ikitərəfli münasibətləri və regional məsələləri ətraflı müzakirə etmək barədə razılığa gəliblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin terrorla mübarizə qanunvericiliyində dəyişiklik edərək düzgün istiqamətdə müəyyən addımlar atdığını, lakin terror təşkilatı PKK/PYD/YPG tərəfdarlarının terroru sərbəst şəkildə tərifləyən nümayişlər keçirməyə davam etdiyini və bunun atılan addımları puç etdiyini bildirib.

Türkiyənin F-16 tələbini İsveçin üzvlüyü ilə əlaqələndirməyin düzgün olmadığını qeyd edən prezident Ərdoğan, Türkiyənin F-16 tələbinə verdiyi dəstəyə görə ABŞ prezidenti Co Baydenə təşəkkür edib.

Türkiyənin AB-yə üzvlük məsələsində prinsipial və dürüst olduğunu ifadə edən prezident Ərdoğan, AB-yə tam üzvlük prosesini canlandırmaq istədiklərini, Vilnüs Zirvə toplantısında Avropa Birliyinin aparıcı ölkələrinin və Aİ rəhbərliyinin açıq və dəqiq bir fikir bildirmələrini istədiklərini söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu