ABŞ sözçüsü İsraillə bağlı suala ironik cavab verib


ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Qəzzadakı vəziyyətlə bağlı liderliklərini davam etdirəcəklərini deyib.


Bu barədə o, gündəlik mətbuat konfransında ABŞ-ın İsrailin Qəzza zolağına hücumları ilə bağlı bir jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Jurnalist Millerə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) ABŞ-ın Qəzzada atəşkəs tələb edən qətnamə layihəsinə veto qoyması və Vaşinqton rəhbərliyinin İsrailə ağır silahlar göndərməkdə qərarlı olduğuna dair açıqlamalarını xatırladıb və “Siz nə qədər tək olduğunuzun fərqindəsinizmi?" deyə soruşub.

Bundan sonra Miller ironik şəkildə ABŞ-ın Qəzzadakı vəziyyətlə bağlı “liderliyini” davam etdirəcəyini bildirib və tərəfdaşları ilə əlaqə saxladıqlarını qeyd edib.

Miller, ABŞ-ın Qəzzadakı qarşıdurmada humanitar fasiləni dəstəklədiyini, lakin atəşkəsi dəstəkləmədiyini bildirib və əlavə edib: "Lakin bu o demək deyil ki, biz regionun bütün ölkələri ilə razılaşırıq. Bir çox ölkələr atəşkəsə çağırır. Biz döyüşlərdə humanitar pauzanı dəstəkləyirik, lakin biz atəşkəsin 7 oktyabr hücumlarını planlaşdıran HƏMAS-ın Qəzzanı idarə etməsinə imkan verə bilmərik. Biz HƏMAS-ın qəbuledilməz hücumlar planlaşdırmasına imkan verməyəcəymimizi açıq şəkildə bildirdik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu