Rusiya: Hindistanla əlavə S-400 tədarükünü müzakirə edirik


Rusiya Federal Hərbi və Texniki Əməkdaşlıq İdarəsinin rəhbəri Dmitri Şuqayev Hindistanla S-400 hava hücumundan müdafiə sistemlərinin əlavə tədarükünü müzakirə etdiklərini açıqlayıb.

Rusiyanın TASS xəbər agentliyi Şuqayevin açıqlamalarına yer verib.

Şuqayev bildirib ki, Hindistan S-400 sistemlərinə malik ölkələr sırasındadır: “Bu sahədə əməkdaşlığımızı genişləndirmək üçün fürsət var. Bu isə yeni tədarük deməkdir. Hazırda biz bu məsələnin müzakirə mərhələsindəyik”.

Hindistan Müdafiə Nazirliyi 27 iyun tarixində yaydığı açıqlamada Rusiyalı rəsmilərlə S-400-lərin tədarükü ilə yanaşı Su-30 tipli döyüş təyyarələrinin tədarükünün də müzakirə edildiyini bildirmişdi.

Rusiya ilə Hindistan arasında genişmiqyaslı danışıqlar nəticəsində əldə olunan razılaşmaya əsasən, S-400 sistemlərinin ilk partiyasının tədarükünə 2021-ci ildə başlanılmışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu