Epşteyn işində yeni skandal: Məşhur PR menecerdən “uşaq gətirim” təklifi


ABŞ-da azyaşlı qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurma ittihamı ilə həbsdə olarkən ölü tapılan milyarder Ceffri Epşteynlə bağlı açıqlanan yeni sənədlərdə şok detallar üzə çıxıb. Məlum olub ki, tanınmış PR meneceri Peqqi Siqal Keniyadan qayıdarkən Epşteyn üçün uşaq gətirməyi təklif edib.

ABŞ ədliyyə nazirinin müavini Todd Blanşın Epşteyn istintaqı ilə bağlı 3 milyondan çox yeni sənədin ictimaiyyətə açıqlandığını bildirməsindən sonra müxtəlif detallar aydınlaşmağa başlayıb. Sənədlər arasında yer alan elektron məktubda Peqqi Siqalın Epşteynə Keniyanın paytaxtı Nayrobiyə getmək üzrə olduğunu yazdığı görülür.

Səfər marşrutu barədə Epşteyni məlumatlandıran Siqal məktubunda bu ifadələri işlədib: "Sənə bizə yaşatdığın bu həyat təcrübəsinə görə nə qədər təşəkkür etsək azdır. Əgər Masai döyüşçüləri bizi yeməsə, Somalili piratlar yeyəcək". Siqalın məktubundakı ən qalmaqallı hissə isə budur: "Sənin üçün bir və ya iki balaca uşaq gətirə bilərəm. Qız olsun, yoxsa oğlan? Tam Madonna kimi".

Yeni yayımlanan sənədlər arasında Donald Trampın həyat yoldaşı Melaniya Tramp haqqında çəkilən sənədli filmin rejissoru Brett Ratnerin Epşteynlə birlikdə çəkilmiş fotoları da yer alıb. Fotolarda Ratnerin Epşteyn və şəxsiyyəti gizli saxlanılan iki qadınla birlikdə divanda qucaqlaşaraq oturduğu əks olunub.

Sözügedən görüntülərin hansı tarixdə çəkildiyinə dair məlumat paylaşılmayıb. Həm Siqal, həm də Ratner mövzu ilə bağlı hələlik heç bir rəsmi açıqlama verməyiblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu