ABŞ-da 33 min səhifəlik Epşteyn sənədləri yayımlandı
ABŞ Nümayəndələr Palatasının Audit və İctimai İslahatlar Komitəsi qız uşaqlarına qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə həbs olunub mühakimə edilərkən ölü tapılan Cefri Epşteyn ilə bağlı 33 min 295 səhifəlik sənədləri yayımladığını açıqlayıb.
Komitənin rəsmi internet saytında Epşteyn işi ilə bağlı sənədlərə dair məlumatlar paylaşılıb.
Açıqlamada qeyd olunub ki, ABŞ Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən 33 min 295 səhifəlik sənədlər ictimaiyyətə təqdim edilib və nazirlik gələcək sənədlərin də təmin ediləcəyini bildirib.
Həmçinin açıqlamada ictimaiyyətin sənədlərə çatmaq üçün istifadə edə biləcəyi ünvanlar paylaşılıb.
Komitə sədri Ceyms Komer 5 avqust tarixində Epşteyn ilə bağlı sənədlər üçün məhkəmə çağırışı yayımlamışdı.

