İlon Maskdan ŞOK İDDİA: Tramp Epşteyn sənədlərində yer alır

ABŞ-ın tanınmış iş adamı və “Tesla” şirkətinin rəhbəri İlon Mask ilə sabiq Prezident Donald Tramp arasında davam edən qarşıdurma yeni və qalmaqallı mərhələyə keçib.
AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, Mask iddia edir ki, Trampın adı cinsi istismar və maliyyə cinayətləri ilə tanınan Cefri Epşteynlə bağlı məxfi sənədlərdə yer alır.
Bu barədə o, özünün “X” hesabında yazıb: “Artıq əsl bombanı atmağın vaxtıdır. Donald Tramp Epşteyn sənədlərində var. Bu sənədlərin ictimaiyyətə açıqlanmamasının əsl səbəbi budur".
Maskın bu paylaşımı ABŞ ictimaiyyətində və mediada geniş rezonans doğurub. Lakin hələlik Ağ Ev tərəfindən bu iddiaya hər hansı rəsmi cavab verilməyib.
Xatırladaq ki, Cefri Epşteyn uzun illər ərzində yüksək vəzifəli siyasətçilər, iş adamları və məşhurların adlarının hallandığı genişmiqyaslı cinsi istismar şəbəkəsi qurmaqda ittiham olunub. O, 2019-cu ildə həbsdə olarkən müəmmalı şəkildə həyatını itirib. Onunla bağlı məxfi sənədlərin ictimaiyyətə açıqlanmaması bir çox suallar doğurur və konspirasiya nəzəriyyələrinə zəmin yaradır.
İlon Maskın bu cür açıq və sərt ittihamla çıxış etməsi onun Trampla münasibətlərində gərginliyin daha da dərinləşdiyini göstərir. Bu qarşıdurma eyni zamanda siyasi dairələrlə texnologiya nəhəngləri arasındakı münasibətlərin necə mürəkkəbləşdiyini də ortaya qoyur.
Siyasi ekspertlər hesab edirlər ki, Maskın açıqlaması Epşteyn işi ilə bağlı gizli saxlanılan faktların yenidən gündəmə gəlməsinə səbəb olacaq.
Tofota Cefri Epşteyn və Donald Tramp