Tramp: Epşteynə göndərilən məktub orijinal deyil


ABŞ Prezidenti Donald Tramp yetkinlik yaşına çatmayan qız uşaqlarına qarşı fahişəlik şəbəkəsi yaratmaqda ittiham edilərkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynə göndərdiyi iddia edilən cinsi məzmunlu ad günü məktubunun orijinal olmadığını bildirib.

NBC News-un xəbərinə görə, Tramp jurnalistlərə açıqlamasında Epşteynə yazdığı iddia edilən məktubun həqiqiliyini rədd edərək, bunun cəfəngiyat olduğunu söyləyib.

Tramp deyib ki, bu onun imzası və danışıq tərzi deyil.

Epşteynə məktub göndərdiyi iddialarını “ölü bir mövzu” adlandıran Tramp “Bu cəfəngiyatdır və açığı, vaxtınızı boş yerə sərf edirsiniz. Mən ölü bir mövzu barədə şərh verməyəcəyəm. Bütün açıqlamaları əməkdaşlara ötürdüm. Bu ölü bir mövzudur” deyə əlavə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu