Epşteyn sənədlərində Makronun da adı çəkilir


ABŞ-da azyaşlı qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurma ittihamı ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə bağlı açıqlanan yeni sənədlərdə Fransa Prezidenti Emmanuel Makronun da adı çəkilir.

ABŞ ədliyyə nazirinin müavini Todd Blanşın Epşteyn istintaqı ilə bağlı 3 milyondan çox yeni sənədi ictimaiyyətə təqdim etməsindən sonra, sənədlərdə Fransa lideri Makronla bağlı məqamlar diqqət çəkib. Makronun adı həm 2017-ci ildə prezident seçilməsindən əvvəlki, həm də sonrakı dövrlərə aid çoxsaylı sənədlərdə keçir. Bu sənədlərdə Epşteynin Makronun bir çox məsələdə ondan kömək istədiyinə dair iddiaları yer alır.

Epşteynin 17 sentyabr 2018-ci il tarixində Dünya İqtisadi Forumunun (WEF) sədri Borge Brendeyə göndərdiyi, məxfi olduğu bildirilən elektron məktubda bu ifadələr işlədilib: "Makrondan: 'Bu çətinliklərin öhdəsindən daha yaxşı gəlmək üçün idarəetmənin, beynəlxalq qurumların, öhdəliklərin, eləcə də dövlət və özəl tərəfdaşlar arasındakı münasibətlərin formasını və sosial-iqtisadi vasitələri yenidən düşünməli, qurmalı və icad etməli olduğumuza inanırıq. Daha mütərəqqi bir gələcəyi təşviq etmək üçün hansı sosial-iqtisadi innovasiyaları dəstəkləyərdiniz?'"

Bundan əlavə, Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamı Sultan Əhməd bin Sulayemin 22 mart 2016-cı ildə Epşteynə göndərdiyi məktubda Yelisey sarayında nahar etdiyini və həmin vaxt iqtisadiyyat naziri olan Makronla Fransadakı işləri ilə bağlı səmərəli görüş keçirdiyini bildirdiyi üzə çıxıb.

Epşteynin 30 avqust 2018-ci il tarixli yazışmasında isə Makronun ondan qurumlar, siyasət və elm daxil olmaqla, demək olar ki, hər mövzuda fikir öyrənmək istədiyini iddia edərək, Makron haqqında "Avropaya liderlik etmək istəyir, bəlkə də dünyaya" ifadəsini işlətdiyi görülür.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu