Mers: ABŞ-də təhsil almağı və işləməyi iki dəfə düşünün



Almaniyanın Baş naziri Fridrix Mers ölkəsinin uzunmüddətli perspektivdə daha yaxşı imkanlar təqdim etdiyini müdafiə edərək, gənclərə ABŞ-də təhsil almağı və ya işləməyi iki dəfə düşünməyi tövsiyə edib.

AFN.az xəbər verir ki, Mers Vürtsburq şəhərində keçirilən "104-cü Katolik Günü" tədbirindəki çıxışında bu gün uşaqlarına təhsil almaq və işləmək üçün ABŞ-yə getməyi məsləhət görmədiyini bildirib.

ABŞ-də fərqli bir sosial mühitin formalaşdığını qeyd edən Mers hazırda bu ölkədə hətta ən yaxşı təhsilli insanların belə iş tapmaqda böyük çətinliklərlə qarşılaşdığını diqqətə çatdırıb.

Mers gənclərə ABŞ-də təhsil almaq və ya işləmək barədə qərar verməzdən əvvəl iki dəfə düşünməyi tövsiyə edib.

Kansler Almaniyanın sosial bazar iqtisadiyyatının güclü gələcək vəd etməyə davam etdiyini vurğulayaraq, xüsusilə gənclər üçün Almaniya qədər nəhəng imkanlar təklif edən çox az ölkə olduğuna qəti şəkildə əmin olduğunu ifadə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu