Mers: İrandakı münaqişə iqtisadiyyata zərər verir
Almaniya kansleri Fridrix Mers İran ətrafında davam edən hərbi münaqişənin Almaniya iqtisadiyyatına ciddi ziyan vurduğunu və neft-qaz qiymətlərinin artmasına səbəb olduğunu bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, kansler bu barədə Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşü zamanı deyib. "Bəli, əlbəttə ki, bu münaqişə bizim iqtisadiyyatımıza zərər verir. Həm neftin, həm də qazın qiyməti artacaq", – deyə Mers vurğulayıb. Almaniya hökumət başçısı həmçinin əlavə edib ki, tərəflər bu müharibənin mümkün qədər tez başa çatacağına ümid edirlər.
Qeyd edək ki, regiondakı hərbi əməliyyatlar fonunda enerji daşıyıcılarının qiymətində müşahidə olunan sıçrayış Avropa sənayesi üçün ciddi təhdidlər yaradır. Mersin bu bəyanatı Almaniyanın münaqişənin qlobal iqtisadi təsirlərindən dərin narahatlığını əks etdirir.
