Britaniya Gürcüstandan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi tələb edib


Böyük Britaniyanın Tbilisidəki səfiri Qaret Uord Gürcüstan rəhbərliyinin nümayəndələri ilə görüşərək onları Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

AFN.az xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili məlumat verib. O bildirib ki, London özü Rusiya neftinə qarşı daha əvvəl qoyulmuş məhdudiyyətləri ləğv edib. "Böyük Britaniya səfiri şəxsən müxtəlif kabinetləri, o cümlədən parlamentdəki kabinetləri gəzir, deputatlarla gah çay süfrəsi arxasında, gah da iş otağında görüşmək istəyirdi, sonra isə hədə ilə onlara Rusiya neft məhsullarının Gürcüstana daxil olmamalı olduğunu deyirdi", - deyə Papuaşvili bildirib.

Gürcüstan parlamentinin rəhbəri qeyd edib ki, mayın 19-da Böyük Britaniyanın üçüncü ölkələrdə Rusiya neftindən istehsal olunmuş dizel yanacağı və aviasiya kerosininin idxalına icazə verdiyi məlum olub: "Bu gün öyrənirik ki, sən demə, Britaniyanın özü sanksiyaları ləğv edib, lakin əvvəllər bildirirdi ki, Rusiya ilə ticarət ona tanklar istehsal etmək və ukraynalılara atəş açmaq imkanı verir. Əgər onların öz məntiqi ilə mühakimə yürütsək, bu o deməkdir ki, onlar da tanklar üçün pul verəcəklər". Parlament sədrinin sözlərinə görə, buradan belə nəticə çıxır ki, Britaniya səfirini Gürcüstan əhalisi maraqlandırmır. Onun üçün vacib olan tapşırığın icrasıdır, xalqın başına nə gələcəyi isə diplomatı az narahat edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu