Britaniya Rusiya neft məhsullarının üçüncü ölkələrdən idxalını qadağan edir



Böyük Britaniya üçüncü ölkələrdə istehsal olunan neft məhsullarının Rusiya xammalından idxalını qadağan edib.

AFN.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında əksini tapıb.

“Böyük Britaniya, həmçinin üçüncü ölkələrdə istehsal olunan neft məhsullarının Rusiya xam neftindən idxalına qadağa qoyub”, - deyə məlumatda bildirilir. Bu tədbirin bəyan edilmiş məqsədi Rusiyanın enerji ixracı gəlirlərini azaltmaqdır.

Britaniya Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiya neftini bazardan çıxarmaqla London birbaşa milli və enerji təhlükəsizliyini gücləndirir. Nazirlik idxalın həcmini isə dəqiqləşdirməyib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu