Kanada Rusiyaya qarşı sanksiyalara qoşulub


Kanada Rusiyadan neft məhsullarının idxalını dayandırıb.


Məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, anti-Rusiya sanksiyası çərçivəsində Kanada hökuməti Rusiyadan neft məhsullarının idxalına qadağa qoyub.

Bundan başqa, Kanada hökuməti Rusiyanın Müdafiə Nazirliyi, Xarici Kəşfiyyat Xidməti, “Rosoboroneksport” (silah satışı şirkəti) və daha 29 müdafiə kompleksi müəssisəsinə sanksiya tətbiq edib.

Polşanın paytaxtı Varşavada jurnalistlərin suallarını cavablandıran Kanadanın Baş naziri Castin Tryudo deyib ki, Rusiyanın 5 vətəndaşı və 32 təşkilatına sanksiya tətbiq edəcəklər.

Hökumət başçısı Rusiya vətəndaşı, iş adamı, İngiltərənin “Çelsi” futbol klubunun sahibi Roman Abramoviçin də sanksiya tətbiq edilənlər siyahısına daxil ediləcəyini söyləyib.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya qoşun yeridib. ABŞ, Böyük Britaniya və Avropa İttifaqı buna etiraz olaraq Rusiyaya qarşı sanksiya tətbiq edib. Sanksiyalara əsasən, Rusiyadan neft və qaz idxalı qadağan olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu