Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya “kölgə donanması” ilə mübarizə çərçivəsində anti-Rusiya sanksiya siyahısını genişləndirib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, yeni siyahıya 82 fiziki və hüquqi şəxs, həmçinin 18 gəmi daxil edilib. Genişləndirilmiş siyahı Britaniya hökumətinin saytında yerləşdirilib.
Ümumilikdə, Böyük Britaniya hökumətinin Rusiyaya qarşı sanksiyalar siyahısına hazırda 1800 fiziki və 480-dən çox hüquqi şəxs daxildir. Bundan əlavə, London 269 gəmiyə məhdudiyyətlər qoyub.