Tramp: Müzakirələr məsələsində İrana güvənmirəm



ABŞ Prezidenti Donald Tramp müzakirələr məsələsində İrana güvənmədiyini bildirərək, “İrana güvənəcək sonuncu şəxs mənəm. Mənə davamlı olaraq yalan danışdılar” deyib.

AFN.az xəbər verir ki, ABŞ Prezidenti Tramp Ohayodan Vaşinqtona qayıdarkən jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.

Tramp İranın müzakirələr boyunca onlara dəfələrlə yalan danışdığını iddia edərək, bu prosesdə Tehrana güvənmədiyini bildirib.

ABŞ Prezidenti “İrana güvənmirəm. Niyə sanki İrana güvənirmişəm kimi danışırsınız? İrana güvənəcək sonuncu şəxs mənəm. Mənə davamlı olaraq yalan danışdılar” deyə bildirib.

Hörmüz boğazının tamamilə ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətində olduğunu müdafiə edən Tramp “Hazırda Hörmüz boğazı üzərində tam nəzarətimiz var. Nəzarət onlarda deyil, tam nəzarət bizdədir. Ora bizimdir” qiymətləndirməsini edib.

Digər tərəfdən, Tramp ötən ay NATO Sammitindən sonra Türkiyədən ayrılarkən Gizli Xidmətin təhlükəsizlik narahatlıqlarını əsas gətirərək onu fərqli təyyarədən istifadə etməyə yönləndirdiyi barədə iddiaları təsdiqləyib.

Tramp bununla bağlı suala “Bu, tamamilə Gizli Xidmətdən asılıdır. Mən sadəcə onların nə dediyinə əməl edirəm. Buna görə də Gizli Xidmətin və ordunun göstərişlərinə əməl edirəm. Məndən fərqli təyyarə ilə getməyimi istədilər, o da təhlükəsizlik baxımından ekvivalent seçim idi” cavabını verib.

Özünə bir çox yerdən fərqli təhdidlər olduğunu bildirən Tramp “Bunu etməyimi istədilər, mən də etdim. Nə desələr, onu edirəm. Düşünürəm ki, bir təhdid var idi. Bu barədə çox sual vermədim. Çoxlu təhdidlər alıram” qiymətləndirməsini edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu