Tramp: Çin və Rusiya İrana silah satmayacaq



Sosial media hesabında paylaşım edən ABŞ Prezidenti Donald Tramp Çin və Rusiyanın İrana silah satışına qoşulduğunu düşünmədiyini, əks halın bu iki ölkənin maraqlarına uyğun olmayacağını vurğulayıb.

AFN.az xəbər verir ki, Tramp sosial media hesabından Çin və Rusiya ilə bağlı açıqlamalar verib.

Çin Dövlət Başçısı Si Cinpinlə Pekində keçirdiyi görüşdə Çin liderinin ona heç bir halda İrana silah verməyəcəyini və ya satmayacağını dediyini, bunun çinli şirkətlərə də şamil olunduğunu bildirən Tramp "Münasibətlərimizi nəzərə alaraq onun sözünə inanıram. Üstəlik, mən də ona çox böyük yaxşılıqlar edirəm" ifadəsini işlədib.

Eyni şəkildə Rusiya Dövlət Başçısı Vladimir Putinin də Ukraynada davam edən dəhşətli müharibəyə baxmayaraq İrana silah satmayacağını dediyini qeyd edən Tramp "Putin Ukraynaya deyil, NATO ölkələrinə silah satdığımı bilir" deyib.

Donald Tramp NATO ölkələrinin tam qiymət ödədiyini və bu silahların necə paylanması barədə heç bir fikrinin olmadığını bildirərək "Tez-tez dilə gətirilsə də, iki böyük ölkənin (İrana silah satışı) bu işə qoşulduğunu düşünmürəm. Əgər qoşulsaydılar, bu onlar üçün çox pis olardı. Qətiyyən maraqlarına cavab verməzdi" ifadələrinə yer verib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu