Tramp: Yaxın zamanda Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm
ABŞ Prezidenti Donald Tramp “İranı tamamilə məğlub etdikdən sonra, çox keçmədən Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm” deyib.
AFN.az xəbər verir ki, ABŞ Prezidenti Tramp Nyu-Yorkda Nassau Polis Akademiyasında iştirak etdiyi tədbirdə İran gündəmi ilə bağlı açıqlamalar verib.
Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında tam blokada tətbiq etdiyini iddia edərək, “İranı tamamilə məğlub etdikdən sonra, çox keçmədən Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm” deyə qeyd edib.
Hörmüz boğazından ABŞ-nin istəmədiyi heç bir gəminin keçə bilmədiyini bildirən Tramp, həmçinin İranın nüvə silahına sahib olmasına icazə verməyəcəklərini sözlərinə əlavə edib.
