Tramp Hörmüz boğazını “ABŞ ərazisi” kimi göstərən xəritə paylaşdı



ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının ABŞ ərazisi kimi göstərildiyi xəritə paylaşıb. 

AFN.az xəbər verir ki, Tramp sosial media hesabında Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyinə dair açıqlamasını xatırladan paylaşım edib.

Paylaşımda “Yeni ABŞ Ərazisi” ifadəsi ilə Hörmüz boğazına aid xəritə yer alıb.

ABŞ Prezidenti Tramp avqustun 14-də qatıldığı tədbirdə ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında tam blokada tətbiq etdiyini iddia edərək, “İranı tamamilə məğlub etdikdən sonra, çox keçmədən Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm” deyə bildirib.

Tramp sosial media hesabındakı başqa bir paylaşımında da ABŞ-ın Hörmüz boğazı üzərində tam nəzarətə sahib olduğunu və bu nəzarəti əllərində saxlaya biləcəklərini düşündüyünü bildirib.

İranlı rəsmilər isə ABŞ-ın Hörmüz boğazına müdaxilələrinə və dəniz blokadasına son qoyulmadığı, iyunun 17-də Tehran-Vaşinqton arasında imzalanan razılaşmanın tələbləri yerinə yetirilmədiyi müddətdə boğazın açılmayacağını dəfələrlə bildirirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu