ABŞ Kubalı rəsmilərin BMT səfərinə məhdudiyyətləri nəzərdən keçirir
ABŞ-ın Kubalı rəsmilərin BMT-də keçiriləcək səsvermədə iştirak etmək üçün səfərlərinə yeni məhdudiyyətlər tətbiq etməyi nəzərdən keçirdiyi bildirilir.
AFN.az xəbər verir ki, Associated Pressin (AP) ABŞ rəsmilərinə və əldə etdiyi daxili sənədə istinadən yaydığı xəbərə görə, ABŞ Dövlət Departamenti Kubalı rəsmilərin gələn ay keçiriləcək BMT səsverməsi üçün səfərlərinə sərt nəzarət tətbiq etməyi qiymətləndirir.
Xəbərdə Kubanın bu həftə BMT Baş Assambleyasına geniş nümayəndə heyəti ilə qatılmasına icazə verildiyi, lakin mümkün məhdudiyyətlərin təfərrüatlarının hələ yekunlaşdırılmadığı bildirilib.
Yeni səyahət məhdudiyyətlərinin Kubalı rəsmilərin ABŞ-ın Kubaya tətbiq etdiyi iqtisadi embarqo ilə bağlı hər il keçirilən BMT səsverməsində iştirakını çətinləşdirə və ya mümkünsüz edə biləcəyi qeyd olunur.
