BMT TŞ üzvləri ABŞ-ın Suriya layihəsinə etiraz ediblər


ABŞ-ın Suriya Prezidenti Əhməd Şaranın 10 noyabr bazar ertəsi günü Ağ Evə edəcəyi səfər ərəfəsində BMT Təhlükəsizlik Şurasından (BMT TŞ) Şara və daxili işlər naziri Ənəs Hattaba qarşı tətbiq edilən sanksiyaların ləğvini tələb edən qətnamə layihəsində razılıq əldə edə bilmədiyi iddia olunub.

“Al Jazeera”nin diplomatik mənbələrə istinadən yaydığı xəbərdə bildirilir ki, BMT TŞ üzvləri ABŞ tərəfindən hazırlanan həmin Suriya layihəsinə etiraz ediblər.

Xəbərə görə, Çin Suriya ilə bağlı qətnamə layihəsinə dəyişiklik təklifi təqdim edib, lakin ABŞ bu gün keçiriləcək BMT TŞ iclasında layihənin səsə qoyulması üçün təzyiqləri davam etdirir.

“Associated Press” (AP)in dünən yayımladığı xəbərdə isə qeyd olunurdu ki, Şaranın Ağ Evə səfəri öncəsi ABŞ BMT TŞ-də Şara və daxili işlər naziri Hattaba qarşı sanksiyaların ləğvini nəzərdə tutan qətnamə layihəsi üzərində işləyir.

Qətnamənin qəbul edilməsi üçün BMT TŞ-nin 15 üzvündən azı 9-nun lehinə səs verməsi və daimi 5 üzvdən (Çin, Rusiya, Böyük Britaniya, Fransa və ABŞ) heç birinin veto qoymaması tələb olunur.

Tramp ilə Şara arasında keçiriləcək görüşdə əsas müzakirə mövzusunun ABŞ-ın Suriyaya tətbiq etdiyi sanksiyaların ləğvi, eləcə də ikitərəfli və regional məsələlər olacağı gözlənilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu