Yupiter Qoçun "qonağı"dır: bürcləri nə gözləyir?


Astrologiyada şans və fürsətlərdən məsul planet hesab edilən “Yupiter” Qoç bürcünə keçidə başlayıb. Mayın 16-na kimi davam edəcək bu səma hadisəsi hansı bürcləri gülümsədəcək?


AFN.az xəbər verir ki, Günəş sisteminin ən böyük planeti olan “Yupiter”in Qoç bürcünə keçməsi bir çox bürclər üçün yaxşı vədlər verir. Bolluq, şans və məhsuldarlığı təmsil edən Yupiter bu 6 bürcə “Təhlükəsizlik kəmərlərinizi bağlayın, uçmağa hazırlaşırıq” deyir. Beləliklə, Yupiter Qoça keçidi ilə hansı bürclərin üzünü güldürəcək?

QOÇ

Astrologiyanın faydalı planeti olan “Yupiter” bürcünüzə girdiyi üçün hər mənada şanslı olacaqsınız. Əhəmiyyətli başlanğıclar edə bilərsiniz. Uğurlar və fürsətlər sizə gələcək.

ŞİR

Sizin üçün həyatda yeni bir səyahət başlayır. Həyatınızda “Yupiter”in bolluğunu hiss edəcəksiniz. Bu dövrdə risk edib macəralı səyahət edə bilərsiniz.

OXATAN

Dekabrın 20-dən etibarən populyarlığınız artıb. Sevgi və münasibətlər baxımından daha şanslı olacaqsınız. Şans oyunlarından mükafat və hədiyyələr qazanmaq imkanınız var.

ƏKİZLƏR

Siz gələcəyə daha nikbinliklə və ümidlə baxacaqsınız. Yupiterin Qoç bürcünə keçidi ilə çox sosiallaşacaqsınız. Bundan maddi cəhətdən də faydalanacaqsınız.

TƏRƏZİ

Uğurlar sizin tərəfinizdədir. Nikah masasına oturmağa qərar verə bilərsiniz. Rəsmi imza tələb edən hər cür müqavilələr baxımından müsbət irəliləyişlər yaşayacaqsınız.

DOLÇA

Hər şəraitdə həyatınız daha rahat olur. Bu müddət ərzində rəqəmsal platformalarda sosiallaşa və diqqət çəkə bilərsiniz. Yeni sevgi qapınızı döyə bilər.

Leyla



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu